Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.

Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Neftin qiyməti artır

Ça Mar 24 , 2020
London birjasında “Brent” markalı neftin qiyməti 4,5% yüksəlib. TASS xəbər verir ki, WTI markalı neft fyuçerslərinin dəyəri 4,8% artıb. Londonun ICE birjasında ticarət sessiyası zamanı “Brent” markalı neftin qiyməti 2020-ci ilin mayı üçün bir barelə görə 28,3 dollara çatıb. WTI markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 24,5 dollar səviyyəsindədir. […]

Sosial

İdman

Video