Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə – “metamfetamin” və 0,047 qram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, təqsirli bilinərək həbs edilmiş Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə – “metamfetamin” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda qardaşı arvadını vəhşicəsinə öldürən kişi tutuldu

Şb Mar 28 , 2020
Xəbər verdiyimiz kimi, martın 26-da Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində öldürülməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata […]