“Ege Hospital”da Ağciyər Cərrahiyyə Mərkəzi

Daima yenilənən və inkişaf edən “Ege Hospital”da daha bir şöbə istifadəyə verildi. Artıq “Ege Hospital”da Ağciyər Cərrahiyyə Mərkəzi fəaliyyət göstərir. “Ege Hospital”ın Ağciyər Cərrahiyyə Mərkəzinin torakal cərrahı, Uzm. Dr. Nurlan Əlizadə tərəfindən döş qəfəsi divarı, ağciyərlər, plevra, divararalığı, timus, diafraqma və tənəffüs borusuna aid onkoloji və infeksion xəstəliklərin həm açıq (torakotomiya), həm qapalı (videotorakoskopik), həm də hibrid metodla cərrahi müalicəsi icra olunur.

Azərbaycanda ilk dəfə olaraq minimal invaziv düzəltmə əməliyyatları olan Nuss və Abramson əməliyyatları ilə uşaqlarda və böyüklərdə çəkməçi və toyuq döş qəfəsi deformasiyalarının tam olaraq müalicəsi “Ege Hospital”da həyata keçirilir.

Əl və qoltuqaltı hədsiz tərləmələrdə VATS simpatikotomiya əməliyyatı, döş qəfəsi divarının rezeksiya və rekonstruksiyası, diafraqma yırtıqlarında təmir və yüksəlmələrində plikasiya cərrahiyyəsi, Miastenia Gravis xəstəliyində timektomiya əməliyyatı, heç bir klinikada icra olunmayan patalojik limfa düyünlərinin mediastinoskopiya və mediastinotomiya ilə biopsiyası, torasik çıxış sindromunun cərrahiyyəsi və döş qəfəsi travmalarına aid bütün təcili müdaxilələr, eləcə də, döş sümüyü və qabırğa qırıqları, döş boşluğuna hava və qan toplanması ən son minimal invaziv yollarla müalicə edilir.

Həmçinin, lokal anesteziya ilə körpücüküstü və qoltuqaltı limfa düyünlərindən biopsiyalar , döş boşluğuna drenaj borusu və kateter yerləşdirilməsi peşəkar cərrahımız Uzm. Dr. Nurlan Əlizadə tərəfindən  müvəffəqiyyətlə icra edilir.

Dünyada həyati təhlükəyə ən çox səbəb olan xəstəliklər arasında ağciyər xəstəlikləri ilk sıralardadır. Bu xəstəlikləri erkən dövrdə müəyyən etmək üçün vaxtında müayinələrdən keçmək mütləqdir.

“Ege Hospital” hər zaman yerli və xarici vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün çalışan tibb müəssisəsi kimi tanınıb. Və bu sahədə Ağciyər Cərrahiyyə Mərkəzinin yaradılmasını bunun bariz göstəricisi kimi qeyd edə bilərik.

Ünvan : Akademik Həsən Əliyev küçəsi 38.

Tel: 11-17 və ya 050 299-11-17

Ege hospital – Sağlamlığınız Sağlamlığımızdır

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Millimiz Mordoviya komandası ilə birgə hazırlaşır - VİDEO

Ça Yan 7 , 2020
Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir. Astv.news xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandası ilə birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək. Qeyd edək ki, yunan-Roma güləşçilərimiz […]

Sosial

İdman

Video