Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.

Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda bir ildə məhsul və xidmətlərə 50 milyard manatdan çox pul xərclənib

Şb Yan 25 , 2020
2019-cu ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 milyard manat olmaqla 2018-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb. Astv.news məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin səviyyəsini real ifadədə 3,6 faiz üstələyərək 48,7 milyard manata bərabər olub, […]

Sosial

İdman

Video