54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən Elza Seyidcahanın seçkilərdə məğlubiyyətindən sonra səhhətində problem yaranıb.

Astv.news xəbər verir ki, sənətçinin halı pisləşib.

Əvvəlcə sənətçi  Xızı rayonundakı mənzilinə təcili tibbi yardım çağırılıb, daha sonra o Bakıdakı klinikaların birinə gətirilib. Hazırda vəziyyəti normaldır.