Ermənistan atəşkəs rejimini yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Putin referendumu Leninin doğum gününə təyin etdi

Ca Mar 19 , 2020
Ekspert: “Onun saxtakarlığa ehtiyacı yoxdur, çünki ölkədə reytinqi çox yüksəkdir” Rusiya prezidenti Vladimir Putin 22 apreldə konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni Kremlin rəsmi saytında dərc olunub. Putin bildirib ki, əgər vəziyyət tələb edərsə səsvermə təxirə salınaraq başqa vaxta təyin edilə bilər. Onun […]