Ermənistan silahlı bölmələri atəşkəsi pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dünya ölkələri HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı hazırlanan DƏRMANLARIN SİYAHISI

Şb Mar 14 , 2020
Yeni tip koronavirusu müalicə edəcək bir dərman hələ ki, yoxdur. Lakin firmalar xəstəliyə çarə tapmaq üçün bir-biri ilə sanki yarışa girib. Dərman şirkətləri, xüsusilə, Ebola, HİV kimi ölümcül xəstəliklərdə istifadə edilən peyvəndlərə ümid edir. Onları koronavirusa qarşı təkmilləşdirir. Ümidverici açıqlama Çinin Təhsil və Texnologiya nazirinin köməkçisi Şu Nanpinqdən ümidverici açıqlama […]