Ermənistan silahlı qüvvələri atəşkəsi 32 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da stifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident Azərbaycanı yeni siyasətə hazırlayır

Ca Mar 12 , 2020
Parlament sədarətində müxalifət partiyası üzvünün ilk dəfə təmsilçiliyi, o cümlədən, siyasi partiyalarla dialoq mühitinin yaranması daxili qüvvələrə ciddi reveransdır; Dövlət başçısı xaricdən mədət umanlara ən doğru yolu göstərdi: “Bizim bütün daxili problemlərimiz Azərbaycanda həll olunmalıdır”; İlham Əliyev Azərbaycan üçün çalışmaq, Azərbaycanın mənafeyi naminə işləmək istəyən bütün siyasi qüvvələri ölkə həyatında […]