Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursat tapılıb-Foto

Noyabrın 21-də saat 19:23-də Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, havanın qaranlıq olması ilə əlaqədar Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə noyabrın 22-də göndərilib.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 100 millimetrlik top mərmisi (BK-16M) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü və 100 kvadratmetr sahəyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 22-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayış və qeyri-yaşayış ərazilərinə baxış zamanı 5455 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə ümumilikdə 405 min 403 kvadratmetr ərazi yoxlanılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Gödəkçənin cibindən marixuana tapılıb

C Noy 23 , 2018
Gödəkçənin cibindən marixuana tapılıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal minik xəttinə daxil olan “Mercedes Benz E320 CDİ” markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat […]