Füzulidə subartezian quyularının qazılmasına 980 min manat ayrıldı – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Füzuli rayonunun əhalisi 15373 nəfər olan doqquz yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 980 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sirli qətl: İsmayıllıda yandırılmış və vəhşi heyvanların gəmirdiyi kişi meyiti tapılıb

C Apr 3 , 2020
İsmayıllı rayonu Tubikənd kəndinin ərazisində yandırılmış və vəhşi heyvanlar tərəfindən sümüyünə qədər gəmirilmiş kişi cəsədi tapılıb. Bu barədə Oxu.Az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib. Martın 28-də yerli sakinlərdən biri kənd yolunun yaxınlığında yerləşən meşə zolağında insan cəsədi aşkar edib. Ehtimal olunur ki, şəxsiyyəti hələlik məlum olmayan 30-40 yaşlarında olan kişi […]