Gömrük sərhədini keçən fiziki şəxslərlə bağlı qaydaya DƏYİŞİKLİK

Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası 2 avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.

Astv.news Trend-ə istinadən xəbər verir ki, xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış fiziki şəxslərə gömrük nəzarəti formaları tətbiq ediləcək.

Qaydaya edilən əlavəyə görə, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir. Eyni zamanda, müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

2019-cu ilin iqtisadi yekunu və yaxud 2020-ci ilə nə ilə gedirik?

C Dek 20 , 2019
Pərviz Heydərov yazır… 2019-cu ildə əldə olunan iqtisadi uğurları və dəyişiklikləri dəyərləndirsək, bunları mütləq qruplaşdırmalıyıq. Birinci qrupa sosial istiqamətdə atılan inqilabi addımlar daxildirsə, ikinciyə kölgə iqtisadiyyatına qarşı tədbirlər, üçüncüyə iqtisadiyyatı idarəetmə mexanizmində struktur və kadr dəyişiklikləri, dördüncü qrupa isə qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər… Bundan əlavə, növbəti illər üçün […]