“Gülay bilir ki, evdə bahalı və zövqlü paltarlarım çoxdur”

Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun geyimləri ilə bağlı dediyi irada münasibət bildirib.

Axşam.az-a açıqlama verən Şəbnəm bildirib ki, həmkarının sözlərindən inciməyib. Müğənni evində lazımi qədər bahalı və zövqlü paltarlarının olduğunu vurğulayıb:

“Ərincək biriyəm. Gülay bilir ki, evimdə otağımın biri qarderobdur. Orada ən gözəl geyimlər var. Amma tez-bazar geyinib evdən qaçan biriyəm. Hövsələm yoxdur oturum paltar seçim, nəyisə düzüb-qoşum. Bahalı, zövqlə aldığım paltarlarım çoxdur, geyinirəm də.

Gülay deyir ki, sənin pulun məndən çoxdur, gəl sənə yaxşı geyimlər alaq. Gülay mənim üçün bacı kimidir. Mən də hərdən Gülaya irad bildirirəm”.

Qeyd edək ki, Gülay “ATV maqazin onlarla” verilişində Şəbnəmin ünvanına “Şəbnəmi çox istəyirəm, münasibətimiz yaxşıdır. Biri var imkanı olmasın… Qurban olum, imkanın da var, dəyiş. Tələbatlı müğənnidir, gözəldir. Çox istəyərdim ki, Şəbnəm bir damcı geyimlərini dəyişsin. Ona yaraşar” sözlərini deyib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

MSK daha bir dairəni mübahisəli hesab edir

Ca Fev 13 , 2020
Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) 91 saylı Ucar Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxıb. Oxu.Az-ın xəbərinə görə, qərara alınıb ki, müraciətlər yenidən araşdırılması üçün həmin seçki dairəsinə göndərilsin. Qeyd edək ki, Ucar Seçki Dairəsi üzrə lider namizəd Ramil Həsəndir. Oxunma sayı : 3

Sosial

İdman

Video