Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri yeni fraksiya yaradır

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri qanunverici orqanda yeni fraksiya yaratmaq niyyətindədir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Z. Dzidziquri bu məqsədlə parlament çoxluğunda təmsil olunan deputatlarla məsləhətləşmələr aparır.

Yerli qanunvericiliyə əsasən, fraksiya yaradılması üçün altı deputatın iştirakı tələb olunur.

Qeyd edək ki, parlament çoxluğunu tərk edən Z.Dzidziquri ötən gün parlamentin sədr müavini vəzifəsindən rəsmən istefa verib. Buna səbəb noyabrın 14-də qanunverici orqanda proporsional seçki sisteminə keçidin dəstəklənməməsi olub.

Z.Dzidziquri 2017-ci ilin mart ayından Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mikayıl Cabbarov: "Rusiya ilə Azərbaycan arasında ticarət əlaqəsi sürətlə artır" - FOTOLAR

Ç Noy 20 , 2019
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının iclasında “Beynəlxalq meyllərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. “Report” xəbər verir ki, nazir Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergi sahəsində əməkdaşlıqdan danışıb. Jurnalistlərə müsahibəsində […]