Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin, sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağac kəsən şəxs məhkəməyə verildi

Be Mar 30 , 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı məlumat daxil olub. Baş verənlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağacın kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd […]