Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

25 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 25-də Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Deputatlığa namizəd Şamxal Adıgözəlov Ağcabədidə Xankəndi sakinləri ilə görüşüb

Şb Yan 25 , 2020
122 saylı Xankəndi seçki dairəsindən bitərəf deputatlığa namizədi Şamxal Adıgözəlov seçiciləri ilə görüşləri davam etdirir. Günün ilk görüşü Agcabədi rayonu Sarıcalı kəndində baş tutub. İnzibati binalarda müvəqqəti məskunlaşmış Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindən olan məcburi köçkünlər namizədə problemlərindən danışıb, təkliflərini veriblər. Ş. Adıgözəlov onlara seçiləcəyi təqdirsə görəcəyi işlərdən, planlarından danışıb, Xankəndili […]

Sosial

İdman

Video