İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Astv.news  məlumatına görə, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Bundan başqa sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir.

Belə ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.

Yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edir. 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan nefti bahalaşıb

Be Yan 13 , 2020
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.23 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.95 dollar/barel təşkil edib ki, bu da […]