İki nəfərdən tüfəng götürülüb

Gədəbəy RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Göyəlli kənd sakini A.Tağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq sənədləri olmayan “Karabin” tüfəngi və 1 ədəd optik nişangah aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən Astv.News -a verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir