İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Göygöl rayonunun əhalisi 13774 nəfər olan yeddi yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin yeddi yüz min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əli Əhmədov: "Dağlıq Qarabağda qondarma “seçki” tanınmır və tanına bilməz"

Ç Apr 1 , 2020
Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağın separatçı rejimi parlament və prezident “seçkiləri” keçirdilər. Və növbəti dəfə siyasi iflasa uğradılar. Tanınmayan separatçı rejimin keçirdiyi qondarma “seçkilərin” ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son “seçkiləri”oldu. Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı separatçı rejim […]