İlyas Umaxanov Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyevə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Çox hörmətli İlham Heydər oğlu. Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Sizin yüksək nüfuzunuzun, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində apardığınız islahatlara və qazandığınız sanballı nailiyyətlərə ölkə vətəndaşlarının şəksiz inamı və etimadının təzahürüdür.

Əminəm ki, biz seçkilərin nəticələrinə əsaslanaraq qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə, o cümlədən parlamentlərarası səviyyədə bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf etdirəcəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzu edirəm”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xalq artisti xərçəng xəstəliyinə tutulub? - İDDİA

Ca Fev 13 , 2020
Xalq artisti Rafael Dadaşovun səhhəti yenidən pisləşib. Astv.news xəbər verir ki, aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Xalq artisti üçüncü dəfə kimyaterapiya alsa da, xəstəlik R.Dadaşovun bütün orqanizminə yayılıb. Sənətkarın müğənni qızı Səidə Dadaşova xəbəri təkzib etməsə də, o, atasının səhhəti ilə bağlı danışmaq istəməyib. Bu açıqlamanı ilk dəfə Xəbərçi.az saytı yayımlayıb. Qeyd edək […]

Sosial

İdman

Video