İnsanların sosial müdafiəsi daha da gücləndirilir

Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsində də bu istiqamətdə atılan addımlar və əldə olunan uğurlar əsas rol oynayır. Dövlətimiz bütün vətəndaşların iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Təkcə ötən il minimum əməkhaqqı və minimum pensiyalar iki dəfədən çox artıb. Hazırda minimum əməkhaqqının məbləği 250 manat, minimum pensiyanın məbləği isə 200 manatdır.

Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi iki sosial paket 4,2 milyon insanı əhatə etməklə onların sosial rifah halının yaxşılaşmasına, həmçinin xoş əhval-ruhiyyələrinin yaranmasına səbəb olub.

Cənab İlham Əliyev məhz bu uğurlara söykənərək daim bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayanmasını bir daha təsdiqləyir. Son 16 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, eyni zamanda, işsizliyin də eyni rəqəmlə ifadə olunması uğurlu siyasətin, həyata keçirilən Dövlət proqramlarının nəticəsidir. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirmişdir ki, yoxsulluq kimi sosial bəla aradan götürülməlidir. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat təşkil edir. Onu da qeyd edək ki, cari ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.

2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Həmçinin ölkəmizdə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib. Hər iki qanun layihəsi cari ilin yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat, ehtiyac meyarının həddi 143 manat müəyyən edilmişdi.

2019 və 2020-ci illərin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin, eyni zamanda, büdcə zərflərinə daxil olan məsələlərin, yaşayış minimumunun və ehtiyac meyarının müqayisəli təhlili Azərbaycanın iqtisadi inkişafının aydın mənzərəsini yaradır. “Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanların artırılmasını vacib amil kimi diqqətə çatdırır. Hər dövrün çağırışlarının lazımi səviyyədə yerinə yetirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələb kimi ortaya qoyur. 2020-ci ilə qədər olan dövr üçün əsas hədəflər inkişaf etmiş ölkələr sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Uğurlarımız bu hədəflərin artıq gerçək olduğunu təsdiqləyir.

Hazırda pensiya hüququ olmayan, yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər yanvar ayının 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

32 yaşlı kişi qardaşının evindən çıxıb itkin düşdü

Ça Yan 14 , 2020
Yanvar ayının 11-də Bakının Nərimanov və Binəqədi rayonları ərazisində iki nəfər itkin düşüb. Astv.news xəbər verir ki, sözügedən tarixdə 1988-ci il təvəllüdlü Abşeron rayon sakini C.İmanov idarə etdiyi “Azsamand” markalı avtomobil ilə Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qardaşına məxsus evdən çıxıb və geri qayıtmayıb. Eyni gün paytaxtın Nərimanov rayonunda Bakı şəhər […]

Sosial

İdman

Video