İsrail Süleymaninin ölümündən sonra təhlükəsizlik tədbirlərinə başladı

İsrail Qasım Süleymaninin öldürülməsindən sonra bombalanmaq təhlükəsi səbəbi ilə xizək mərkəzini bağlayıb.

“Posta”nın xəbərinə görə, ABŞ rəhbərliyinin apardığı əməliyyatdan sonra İsrailin Müdafiə naziri ölkənin hərbi və təhlükəsizlik rəsmilərini Təl-Əvivə çağırıb.

İsrail hərbi sözçüsü Avichay Adraee “Twitter”də Suriya sərhədi yaxınlığındakı Qolan yüksəkliklərində yerləşən Hermon dağındakı xizək kurortunun raket hücumu ehtimalı səbəbindən bağlandığını yazıb.

Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra İranın yüksək səviyyəli rəsmiləri İsrail və ABŞ-dan qisas alacağını vəd ediblər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bərdə rayonunun prokuroru və köməkçisi vəzifəsindən azad edilib

C Yan 3 , 2020
Bərdə rayonunun prokuroru və müavini vəzifəsindən kənarlaşdırılıb. Astv.news məlumatına görə, işlərində yol verdikləri nöqsanlara görə, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev vəzifələrindən azad ediliblər. Qeyd edək ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində çalışıb. O, Bərdə rayon prokurorluğuna 2015-ci ildə gətirilib. Trend.az […]

Sosial

İdman

Video