Keçmiş məhkum 22 yaşlı şəxsi bıçaqla hədələdi

Bakıda keçmiş məhkum quldurluq edib.

Unikal.org-un xəbərinə görə, hadisə yanvarın 13-də saat 15 radələrində, paytaxtın Binəqədi rayonunun S.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü C.Əliyevə qarşı fiziki təzyiq göstərərək bıçaqla hədələyib, onun 30 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra 22 yaşlı gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ən çox bu dairənin namizədləri qeydə alınıb

Ça Yan 14 , 2020
2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Astv.news  xəbər verir ki, ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Sonxeber.az Oxunma sayı : […]