Keçmiş məhkum həmyerlisini güllələdi

üfəngdən açıdığı atəşlə həmyerlisinə xəsarət yetirmiş Samux rayon sakini saxlanılıb.

Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA

C Fev 14 , 2020
Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib. Oxu.Az-ın məlumatına görə, Q.Paşayeva “Facebook” hesabında yazıb ki, yayılan xəbərlər əsassızdır. “Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. […]

Sosial

İdman

Video