Kiçik və orta sahibkarlar üçün hansı dəstək mexanizmləri yaradıla bilər – Ekspert təklifi

Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı zərərlərin qarşılanması məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Bu vəsait 4 istiqamət üzrə formalaşdırılan işçi qrupların təklifləri əsasında zərərçəkən subyektlərə sərf olunacaq. Artıq işçi qrupların tərkibi müəyyənləşdirilib və onlar fəaliyyətə başlayıblar. 

Azərbaycan vətəndaş cəmiyyətindən də hazırlanacaq tədbirlər paketi üzrə təkliflər irəli sürülməkdədir.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, yaranmış vəziyyətdə ən çox zərər çəkən qruplardan birincisi kiçik və orta sahibkarlardır: “Son 2 gündə iri ticarət mərkəzlərində icarə əsasında biznes fəaliyyəti göstərən iki nəfər kiçk sahibkar inboxuma yaxıb ki, bazar sahiblərinin icarə haqlarını onlara güzəşt getmək fikri yoxdur hələlik. Üstəlik, kommunal xərcləri, vergi və sosial ödənişləri də ödəməlidirlər. Onlardan biri yazır ki, özümdən başqa 4 ailənin dolanışığı onun fəaliyyətinə bağlıdır. Avtomobil xidməti göstərdiyini, məkan sahibinin icarə haqqında güzəşt etmək fikrində olmadığını deyir. Hökumət hazırlayacağı dəstək paketində mikro və kiçik sahibkarlara xüsusi yanaşma göstərməlidir”.

Ekspert qeyd edir ki, bu təbəqə üçün ilk növbədə icarə haqlarının ən azından 3 aylıq kompensasiyası nəzərdə tutulmalıdır: “Torpaq və əmlak vergisi ödəyiciləri 2020-ci il üçün bu vergidən azad edilə bilərlər. Mənfəət (gəlir) vergisi üçün ən azından 2-ci rübdə vergidən azadetmə mümkündür. Fərdi sahibkarlıq subyektləri sosial müdafiə və işsizlik fondlarına ödəmələrdən 6 aylıq vergi tətili hüququ qazana bilərlər. Mikro və kiçik sahibkarlıq statusunda xidmətlə məşğul olan sahibkarlara məşğulluğa görə də yardım vacibdir – dövriyyənin azalmasına proporsional olaraq potensial işçi qüvvəsi ixtisarından qaçmaq üçün ən azından qarşıdakı 3 ayda ixtisarla üzləşə biləcək hər işçiyə minimum əmək haqqından az olmayaraq kompensasiya verilməlidir”.

Rövşən Ağayev ile ilgili görsel sonucu

R.Ağayevin fikrincə, orta və iri sahibkarlığa münasibətdə daha fərqli dəstək tədbirləri nəzərdə tutula bilər: “Kommunal xərclərdə güzəştlər, kredit ödənişlərinin dondurulması, vergi tətilləri və işdənçıxarmaların qarşını almaq üçün məşğulluğa görə kompensasiyalar nəzərdən keçirilə bilər. Amma dəstəklə bağlı qərar çox sürətlə qəbul edilib icraya yönəldilməlidir. Çnüki mikro və kiçik sahibkarlıq subyektləri çox ciddi problemlərlə üzləşir qısa müddətdə”…

Qeyd edək ki, koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təklifləri maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupu hazırlayacaq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda xüsusi karantin rejimi elan edildi

Ça Mar 24 , 2020
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi […]

Sosial

İdman

Video