Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir

Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə iki nəfərin müayinəsi davam edir.

Astv.news  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, fevralın 10-u üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var:

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Koronavirusa yeni yoluxma halları azalıb

Be Fev 10 , 2020
Çinin Uhan əyalətindən başqa, bütün regionlarında koronavirusa yoluxma halları artıq altıncı gündür ki, azalmağa doğru gedir. “RİA Novosti”nin məlumatına görə, bu barədə ÇXR dövlət səhiyyə komitəsi xəbər yayıb. Gündəlik məlumatlara baxanda Uhan istisna olmaqla, digər regionlarda müsbət dinamika aydın görünür. Belə ki, fevralın 3-də bütün ölkə boyu 3235 yoluxma müəyyən […]

Sosial

İdman

Video