“Könüllülər ili”ndə Azərbaycan gənclərindən xeyirxah təşəbbüs – FOTO

Azərbaycan gəncləri ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ilhamlanaraq, şəhid, məcburi köçkün ailələri, həmçinin, tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni bir təşəbbüslə çıxış ediblər.

Astv.news xəbər verir ki, “Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində onlar qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

Xalqımızın əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş ediblər.

Bu təşəbbüsə ilk olaraq qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri öz rayonlarındakı qayğıya ehtiyacı olan insanları sevindiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi - FOTO

Ça Yan 14 , 2020
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı paylaşım edib. Bununla bağlı “Instagram” hesabında məlumat paylaşılıb: “Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan […]