Koronavirus dəhşəti daha bir Avropa ölkəsinə sıçradı – Qarşısını almaq mümkünsüzdür

Çində yeni tip koronavirusdan ölənlərin sayı 2 min 746-ya çatıb.

Publika.az xəbər verir ki, son 24 saatda 29 nəfər dünyasını dəyişib, 433 şəxsdə isə yoluxma halı aşkarlanıb.

Çin Milli Səhiyyə Komissiyasından verilən yazılı açıqlamaya görə, ötəngünkü ölümlərin 26-ı epidemiyanın mərkəz bazası olan Hubey əyalətində qeydə alınıb.

Ölkə miqyasında 78 min 497 nəfər epidemiyadan əziyyət çəkir. Xəstəxanalarda müalicə alan 32 min 495 nəfər sağalaraq evə buraxılsa da, onların bəziləri yenidən virusa yoluxur. 2 min 358 nəfərdə koronavirusa yoluxma şübhəsi mövcuddur. 71 min 572 nəfər isə müşahidədə saxlanılır.

Qeyd edək ki, 82 min insana yoluxan koronavirus dünyanın 40-dan çox ölkəsinə yayılıb. Son olaraq Danimarkada ilk yoluxma faktı aşkarlanıb. Həmin şəxs İtaliyanın şimalında xizək tətilindən geri qayıdan vətəndaş olub. İtaliyada isə 500-ə yaxın insana keçən virus 10-dan çox vətəndaşın ölümünə səbəb olub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Fevralın 27-də xarici valyutaların manata qarşı məzənnələri

Ca Fev 27 , 2020
Azərbaycan Mərkəzi Bankı 27 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1.8550 manat təşkil edir1 türk lirəsi 0.2759 manat, 1 rus rublu 0.0259 manat, 100 İran […]

Sosial

İdman

Video