Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi qrupu yaradılır

Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.

AZƏRTAC xəbər verir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, eləcə də mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa tapşırılır ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlasın və Nazirlər Kabinetinə təqdim etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu Sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsinin həyata keçirilməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlərə dair təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qazaxda yanğın: 15 min cücə, 400 bildirçin yanıb - FOTO

C Mar 20 , 2020
Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib. Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kvm olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildirçin quşu, həmçinin 15 000 cücə yanıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar […]

Sosial

İdman

Video