Kürdəmirdə 21 yaşlı oğlan döyüldü

Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.

Astv.news report-a istinadən xəbər verir ki, hadisə Karrar kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü İbrahimov Müzəffər Elçin oğlu ilə həmkəndlisi Orxan adlı şəxs (soyadı dəqiqləşdirilir-red) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və M.İbrahimov bu zaman küt alətlə ağız nahiyəsindən xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə çatdırılıb. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərib, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonxeber.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ramiz Mehdiyevin kürəkəni də siyahıdan kənarda QALDI

Şb Dek 28 , 2019
Yeni Azərbaycan Partiyasının (YAP) V çağırış Milli Məclisdə təmsil olunmuş deputatlarından kimlərin adının partiyanın deputatlığa namizədlər siyahısına daxil edilmədiyi məlum olub. Unikal.org xəbər verir ki, 56 saylı Xaçmaz kənd seçki dairəsindən V çağırış Milli Məclisin deputatI olmuş Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni Əliyev İlham Əlisəftər oğlu da siyahıda […]