Lənkəran sakinləri narkotik satarkən tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər – B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər – K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılıblar.

K.Heydərovdan iki kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şəhid anası özünün Prezident təqaüdünün bir aylıq məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

C Mar 27 , 2020
Bərdə sakini şəhid anası Elza Kamal qızı Xəlilova ölkədə ilk olaraq özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə […]