Leyla Əliyeva bütün müsəlmanları təbrik etdi.

Astv.News xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva öz instagram səhifəsində Ramazan ayının başlaması münasibəti ilə əlaqədar bütün müsəlmanları təbrik edib.Təbriki olduğu kimi sizə təqdim edirik.

Bütün müsəlman aləmini müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm! 
Allah hamıya cansağlığı, əminamanlıq və rifah qismət etsin! 
Allah hamıya daha çox xeyirxah işlər görmək, hər kəsə hörmətlə yanaşmaq və hər kəsi sevmək, ətrafdakılara nur və xoşbəxtlik bəxş etmək üçün güc versin! Bütün azərbaycanlılara mehribanlıqlarına, açıq ürəklərinə və səmimiliklərinə görə minnətdaram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir