Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu – Video

Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb. “Qafqazinfo” xəbər verir ki, sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var- Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, – deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoçarxı instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb.

Layihədə #susma həştaqından da istifadə olunub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda 83 yaşlı kişi arvadını bıçaqladı

Be Fev 24 , 2020
Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb. Şəhər sakini, 1937-cü il təvəllüdlü H.Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S.Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H.Hacıyev saxlanılıb, ona qarşı Cinayət […]

Sosial

İdman

Video