Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərilib

Təhlükəli epidemioloji vəziyyət və koronavirusun təkcə Rusiya Federasiyasının ərazisində deyil, bütün dünyada yayılması ilə bağlı artan risklərlə əlaqədar Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib.RAGB-dən AZƏRTAC-a bildiriblər ki, epidemiya səbəbindən bundan sonra yataqxanalarda qalmalarına icazə verilməyən və bununla da qalmağa yeri olmayan, kömək üçün müraciət edən tələbələrə RAGB tərəfindən yardım göstərilib. Təşkilat onların tezliklə Vətənə qayıtmaları ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Özəl tibb müəssisələrində yoxlamalarla bağlı qanun qüvvəyə mindi

C Mar 20 , 2020
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda […]