Litva Moskvadakı səfirinin geri çağırılma səbəbini açıqladı

Litvanın xarici İşlər Nazirliyi Rusiyadakı səfir Ryamiqiyus Motuzun geri çağırılma səbəbinə aydınlıq gətirib.

Gazeta.ru-nun məlumatına görə, Litva XİN bunu səfirin həyatının təhlükədə olması ilə əlaqələndirib.

Nazirlik bildirib ki, diplomatik missiyanın bir sıra əməkdaşları həyatlarını təhdid edən məktublar alıblar.

Daha öncə KİV-lər Motuzun adının korrupsiya qalmaqalında hallanması səbəbi ilə geri çağırıldığını yazmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir