Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

Astv.news  məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Eyyub Yaqubov: Bayağı musiqilər böyük “cinayətdir”

Be Yan 13 , 2020
İndiki gənclərimizdən Abbas Bağırov, Zamiq, Ayaz Qasımov və Eltonun ifalarını çox bəyənirəm. Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib. Xalq artisti tezliklə yeni fərqli layihəsini təqdim edəcəyini açıqlayıb: “Hazırda yeni işlər hazırlayırıq. Tezliklə layihələrimiz olacaq. Yaradıcılıqla məşğul olan sənətçilərin arada fasilələr etməsi yaxşıdır. Çünki yenilik etmədən efirlərə çıxmaq lazım […]

Sosial

İdman

Video