Mərkəzi Gömrük Hospitalı orta məktəbdə növbəti “İlk tibbi yardım” təlimini keçirib

Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Salman Rzayev 23 yanvar tarixində 317 nömrəli orta məktəbin müəllimləri üçün “İlk tibbi yardım” təlimi keçirib.

Astv.news məlumatına əsasən, Dr.Salman Rzayev təlim iştirakçılarına ilk tibbi yardımın göstərilməsi üsulları haqqında ətraflı məlumat verib. İnteraktiv keçən təlimin sonunda Dr. Salman Rzayev müəllimlərin suallarını ətraflı cavablandırıb.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının “Xeyirxah Platforması” təşkilatı ilə əməkdaşlığı çərçivəsində 16 yanvar 2020-ci il tarixindən etibarən Hospitalın təcili yardım həkimləri tərəfindən Bakı şəhərinin 10 məktəbində müəllimlər üçün “Sağlam gələcəyə zəmanət” devizi altında “İlk tibbi yardım” təlimlərinin keçirilməsi layihəsinə start verilib. Təlimlərin keçirilməsində məqsəd məktəb müəllimlərinə bədbəxt hadisələr zamanı həkiməqədər ilk yardımın edilməsini izah etmək, onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa, Hospitalın ambulansı tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. 7/24 saat ərzində əhalinin xidmətində olan Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi ilə 905 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vüsal Qasımlı: Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır

C Yan 24 , 2020
Biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökümətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. […]