Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Dr. Sevinc Kərimova canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Dr. Sevinc Kərimova 15 yanvar 2020-ci il tarixində saat 16.00-da “Papiloma virusları” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər

Ç Yan 8 , 2020
“Henley & Partners” şirkəti bu gün 200 dövlətin viza qaydalarının təhlili əsasında və vizasız girişin mümkün olduğu ölkələrin sayına görə sıralanan yenilənmiş Pasport İndeksini dərc edib. “Report” xəbər verir ki, Azərbaycan vətəndaşları vizasız 67 ölkəyə baş çəkə bilərlər. “Azərbaycan 2019-cu ildə İndeksdə 76-cı yeri tutub (2018-ci illə müqayisədə iki mövqe […]