Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında bel fəqərəarası yırtıqlarının yaranma səbəbləri və müalicəsi barədə oxucuların suallarını cavablandırıb. Dr. Səidə Kərimovanın tövsiyələrini nəzərinizə çatdırırıq.

Bel fəqərəarası yırtıqlar nədir?

Axırıncı rubrikamızda biz bel ağrılarından və bel fəqərəarası yırtıqların bir çox ağrılara səbəb olmasından danışmışdıq. Bəs bel yırtıqları deyəndə biz nəyi nəzərdə tuturuq?

Onurğamız xüsusi sümüklər olan fəqərələrdən ibarətdir. Onlar isə birlikdə fəqərə sütunu yaradırlar. Fəqərələr arasında yumru yastıqça tipli fəqərəarası disklər yerləşir. Onların əsas funksiyası amortizasiya, yəni onurğaya düşən yükləmənin davamlılığına xidmət göstərməkdir.

Normal disk jeleye bənzər nüvə və üst sərt qatı olan fibroz həlqədən ibarətdir. Diskin quruluşunda yaranan dəyisikliklər fəqərəarası yırtıqların yaranmasına səbəb olur.

İnsanlar yaşlandıqca disklərin strukturu dəyişir. Belə ki, uşaqlarda fəqərəarası disklər su ilə bol olur, bu da disklərin elastikliyini və amortizasiya funksiyasının yerinə yetirilməsini təmin edir. Zaman keçdikcə disklərdə suyun miqdarı azalmağa başlayır. Bu da diskin üst qatının mexaniki stressə davamlılığını azaldır və o nisbətən sadə hərəkətlər zamanı zədələnə bilir. (əyilib nəsə qaldıranda, bərk öskürəndə və s.).

Yaşlanma prosesi, düz olmayan qamət və mexaniki stress nəticəsində diskin üst qatının davamlılığı və tamlığı pozulur. Bunun nəticəsində iç möhtəviyyat yırtıla bilir və yırtıq yanında olan sinirləri sıxır. Nəticədə bel ağrısı və sinir boyu ayaqda ağrı, keyləşmə və zəiflik kimi simptomlar muşahidə oluna bilir.

Digər risk yaradan faktorlar da disk yırtığının yaranmasına səbəb olur. Aşağıda qeyd olunan risk yaradan faktorları qeyd etmək olar:

• Yaş faktoru – 35-50 yaş arasında adətən disk yırtığına daha tez-tez rast gəlinir;

• Iş şəraiti- fiziki yüklənmə və ya ağır yüklərin qaldırılması ilə bağlı işlər disk yırtığının yaranmasına səbəb ola bilər;

• Hipodinamiya- uzunmüddətli oturaq iş, əsasən düz olmayan qamətlə bir yerdə bel fəqərələrə yüklənmə verir, onurğanı stabilləşdirən əzələləri zəiflədir və digər neqativ təsirləri göstərir. Eyni zamanda öz damarları olmayan disk ətraf strukturlardan qidalanır və bu qidanlanma hərəkət zamanı intensivləşir.

• Tütün çəkmə. Nikotin onurğa strukturların qan təchizatinı azaldır, o da deqenerasiya və zədələnmə proseslərini sürətləndirir.

Bel yırtığı ilə bağlı ağrılar qəflətən yaranan kimi görünə bilər, amma adətən bu tədricən gedən prosesin nəticəsidir.

Bəzi hallarda sinir sıxılması pəncədə iflic, sidik kontrolun itməsi, ayaqlarda hərəkətsizlik və diqər hallarla özünü göstərə bilər.Ciddi fəsadlarla üzləşməmək üçün davamlı bel və ayağa vuran ağrıları və ya yuxarıda göstərilmiş hər hansı əlamətlər varsa həkimə müraciət etmək və müayinədən keçmək lazımdır.

Müalicə. Dünyada aparılan statistikaya əsasən bel yırtıqları ilə bağlı bel və ayaq ağrılarının 90%-i əməliyyatsız yolla müalicə olunur. Fizioterapiya və xüsusi reabilitasiya proqramı belə hallarda çox effektivdir.

Onu da vurğulamaq lazımdır ki, həkimin baxışı olmadan hec bir müalicə təyin oluna bilməz.
Növbəti postumuzda biz bel ağrıların və fəqərəarsı yırtıqların müalicəsi haqqında daha ətraflı danşacağıq. Bizimlə qalın!

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kitabxanada “İslam və tolerantlıq” mövzusunda sərgi açılıb

Ca Yan 9 , 2020
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında “İslam və tolerantlıq” mövzusunda sərgi təşkil olunub. İdarədən Trend-ə verilən məlumata əsasən, sərgiyə baxmağa gələn məktəblilər bu mövzuda nəşr olunmuş kitablarla yaxından tanış olublar. Məktəblilərin bu mövzuda maraqlandıqları suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb. Qeyd edək ki, sərgiyə […]