Mərmi altında keçən ömür – VİDEO

Ağdamın Orta Qərvənd kəndi düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biridir.

Bu cəbhə kəndində qeydə alınmış hər bir kadr müharibənin izlərini daşıyır. Elə bir ev olmaz ki, düşmən atəşinin yetirdiyi zərər görünməsin. Dəlik-deşik olan həyət qapılarına kəndin istənilən evində rast gəlmək mümkündür.

Kənd sakini Şakir Heydərov Baku.Tv-yə bildirib ki, həmkəndliləri burada çox çətin şəraitdə yaşayırlar: “Hər şey o qədər adiləşib ki, artıq hec kim atəşkəsin pozulmasından qorxmur. İstər uşaqlar, istərsə də yaşlılar həyatlarının təhlükə qarşısında olduğunun fərqində belə deyillər”.

Cəbhə kəndində yaşayanlar uzun illərdir ki, axşama doğru ermənilərin fəallaşacağını bilirlər. Hava qaralmadan hər kəs mal-qarasını otlaqdan gətirir, uşaqlar evə toplanır.

Vəziyyət nə qədər çətin və təhlükəli olsa da, sakinlər ön xətdə vətənin keşiyində mübariz dayanan Azərbaycan ordusuna güvənirlər.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Teledərslərin sabahkı cədvəli açıqlanıb - FOTO

Ç Mar 25 , 2020
Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 26 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Nazirlikdən verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq. Sabaha olan cədvəli təqdim edirik. Oxunma sayı : 55