“Məşğulluq” altsisteminə daxil edilmiş 72 300 vakansiya üzrə e-qaydada göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib ki, onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.

Hazırda isə həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.

İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.

İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanıblar.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qaxda beş otaqlı ev yanıb

Ç Yan 22 , 2020
Qax rayonunda bu gecə 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Qax rayonunun Lələli kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Oxunma sayı : […]