Məşhur heykəltəraş evində güllələnərək öldürüldü

Türkiyənin Bodrum şəhərində yaşayan məşhur rəssam və heykəltəraş Rıfat Koçak evində silahla vurulmuş halda ölü tapılıb.

Qeyd edək ki, Qızılağac Məhəlləsində yaşayan bir uşaq atası 49 yaşlı Rıfat Koçakın cəsədini bu gün kondisioner təmiri üçün evinə gələn usta tapıb. Usta hadisə yerinə polisləri çağırıb.

İlkin məlumata görə, intihar etdiyi deyilən Koçak bundan öncə də intihara cəhd edibmiş.

Pis xəbəri eşidən yaxınları sənətçinin evinə gəlib.

Qeyd edək ki, düzəltdiyi metal heykəllərlə çoxlu sayda sərgilərə qatılan Rıfat Koçak keçən ilin sentyabr ayında keçirdiyi iş qəzası ilə barmaqlarından yaralanmışdı.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qasım Süleymani dəfn edildi

Ç Yan 8 , 2020
ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymani dəfn edilib. Haberglobal.com-un məlumatına görə, bununla bağlı İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, izdiham səbəbi ilə iki dəfə təxirə salınan dəfn gec saatlarda baş tutub. Qeyd edilib ki, dəfn mərasimi İranın ABŞ-ın İraqdakı hərbi bazasına hücumla generalın intiqamının alınmasından […]