Məşhur müğənni İslamı qəbul etdi, hicaba keçdi 

İrandiyalı dünya şöhrətli müğənni dinini dəyişib. İstiPress-in məlumatına görə, Şineyd О’Konnorötən il adını Maqda Davit kimi dəyişmişdi. Bu il isə o İslamı qəbul etdiyini açıqlayıb. İndi o özünü Şuhada adlandırıb. 

İslamı qəbul etməsi haqqında qərarını ifaçı “Twitter” səhifəsində elan edib. O, sosial şəbəkədə hicabla olan fotosunu da yerləşdirib.

“Bu istənilən şüurlu teoloqun yolunun məntiqli sonudur. Bütün müqəddəs yazılar bizi İslama aparır. Mənim yeni adım var – Şuhada”. Sənətci profilində isə “Wear Hicab” (Hicab gey) ifadələri olan foto yerləşdirib. Bundan başqa o azan səsləndirdiyi bir video da paylaşıb.

Xatırladaq ki, Şineyd О’Konnor 1990-cı ildə “I Do Not Want What I Haven’t Got” albomuna görə “Qremmi” mükafatını qazanıb.

2016-cı ildə müğənninin səhhətində problem yaranıb. Ötən il o ABŞ-da xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra o mənəvi böhran keçirdiyini və köməyə ehtiyacı olduğunu bildirdiyi video paylaşıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda kənd məshulları satılacaq yeni yarmarkalar açılır

C Okt 26 , 2018
İlk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonunda olacaq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün paytaxt rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb. İlk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının […]

Sosial

İdman

Video