Məşhur rəsm əsəri 29.8 milyon dollara satıldı

İngilis rəssamı Devid Hokninin “The Splash” (Çıləmə) rəsm əsəri İngiltərə paytaxtında 23.1 milyon funt sterlinqə (29.8 milyon dollar) satılıb.

Astv.news görə, bu barədə “Sotheby’s” hərrac evi fevralın 11-də xəbər verib.

1966-cı ildə çəkilən rəsm sonuncu dəfə 2006-cı ildə satışa çıxarılıb.

Ümumilikdə, 1937-ci ildə anadan olan sənətkar pop-art üslubunda Kaliforniyada müasir bir evin qarşısında yerləşən hovuzda su sıçrayışını təsvir edən üç rəsm əsəri çəkib. Fevralın 11-də London auksionunda satılan rəsmdən əlavə, 1966-cı ildə kətan üzərində yazılmış və şəxsi kolleksiyada saxlanılan “Small Splash” və “Big Splash” əsərləri var.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Birinci sinifə şagird qəbulu qaydası dəyişdirilir

Ç Fev 12 , 2020
Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Astv.news  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Prezident İlham […]

Sosial

İdman

Video