Məşhur xarici telekanalda Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb – VİDEO

Ukraynanın daha bir tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, 1+1 telekanalında yayımlanmış reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub.

Süjetdə Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb.

Xatırladaq ki, “UKRAYNA” telekanalında da Cocuq Mərcanlı kəndindən reportaj yayımlanıb.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Almaniyadakı qaçqın düşərgəsində dava salan azərbaycanlı barədə qərar verildi - FOTO

C Fev 14 , 2020
2019-cu ilin avqust ayında Almaniyanın Deggendorf şəhərində mühacir düşərgəsində kütləvi davaya görə həbs edilən azərbaycanlı ilə bağlı məhkəmə yekunlaşıb. Br.de saytının verdiyi xəbərə görə, azərbaycanlılarla nigeriyalar arasında düşərgədə başlanan kütləvi davada 30-a yaxın adam iştirak edib. Kütləvi davaya polis müdaxilə etməyə məcbur olub. Bu zaman 37 yaşlı bir azərbaycanlı polis əməkdaşlarına […]