Məsut Özil Həzrəti Əlidən sitat gətirdi

“Arsenal” klubunun türk əsilli futbolçusu Məsut Özil özünün “Twitter” səhifəsində Çində uyğurlara qarşı həyata keçirilən təqiblərə səssiz qalan müsəlmanları tənqid edib.

“Şərqi Türküstan – İslam ümmətinin qanayan yarasıdır. Uyğurlar – təqiblərə müqavimət göstərən döyüşçülər, insanları zorla İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı təklikdə mübarizə aparan şərəfli möminlərdir”.

Futbolçu yazır ki, Çində Quran kitabları yandırılır, məscid və dini tədris edən məkanlar bağlanılıb, din xadimləri bir-birinin ardınca öldürülür: “Bütün bunlara baxmayaraq, müsəlmanlar susur. Məgər onlar bilmir ki, təqiblərə razılıq vermək onu edənlərlə şərik olmaqdır. Peygəmbərin kürəkəni, Həzrəti Əli demişdi: “Zülmün qarşısını ala bilmirsinizsə, onu ifşa edin”, – “Arsenal”ın yarımmüdafiəçisi sosial şəbəkə hesabında yazıb.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda 50-ə yaxın sənət əsəri satışa çıxarılacaq

Şb Dek 14 , 2019
Müasir İncəsənət Muzeyi və məşhur Azərbaycan rəssamı Milena Nəbiyeva Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar geniş miqyaslı xeyriyyə layihəsini elan edir. Astv.news məlumatına görə, 20-27 dekabr tarixlərində muzeyin sərgi salonunda 50-ə yaxın sənət əsərləri sərgilənərək xeyriyyə məqsədilə satışa çıxarılacaq. Milena Nəbiyeva üçün xeyriyyəçiliyə müraciət – ruhun və ürəyin bir ehtiyacıdır. Həyatının […]

Sosial

İdman

Video