Maliyyə Bazarlarına Nəzarət Palatası niyə ləğv edildi?

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasında məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi həyata keçirilsin. Bank faizlərinin müəyyən dərəcədə aşağı salınması da qarşıya məqsəd qoyulmuşdu.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, bununla belə, bank sistemində ciddi dəyişikliklər baş vermədi.

“Cənab Prezident müəyyən yardımlar etdi, əhalinin 10 min dollar kreditini silmək üçün bank sisteminə 620 milyon manata yaxın vəsait ayırdı. Ancaq bank sistemində ciddi dəyişiklik baş vermədi. Bütün bunları görən cənab Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi və əvvəlki qaydada Mərkəzi Banka birləşdirildi”, – deyə V.Əhmədov əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla MBNP ləğv edilib. Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifələri, hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Astronomlar nəhəng planet aşkar ediblər

C Noy 29 , 2019
Astronomlar tərəfindən planetlərin yaranması nəzəriyyəsinə uyğun olmayan qeyri-adi nəhəng planet aşkar edilib. Yerdən 30 işıq ili məsafədə yerləşən yeni planet Yupiterə bənzəyir və kiçik “qırmızı cırtdan” ətrafında fırlanır. Astv news məlumatına görə, bu planetin ölçüsü ətrafında fırlandığı ulduzuna nisbətdə daha böyükdür. Əvvəllər isə yalnız kiçik planetlərin “qırmızı cırtdanlar”ın ətrafında fırlana biləcəyi […]

Sosial

İdman

Video