Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı paylaşım edib.

Bununla bağlı “Instagram” hesabında məlumat paylaşılıb:

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vaqif Əsədovdan sərəncama alınması xəbərinə REAKSİYA

Ça Yan 14 , 2020
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. V.Əsədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib: “Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim […]