Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım – FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram” hesabında Romaya dövlət səfəri barədə paylaşım edilib.

Paylaşımda Romada Azərbaycan Prezidentinin şərəfinə verilən dövlət ziyafətinə yer ayrılıb.

Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

C Fev 21 , 2020
Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. Astv.news xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı Bakı-Sumqayıt avtomagistralında təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb. Eyni […]