Millət vəkili: “Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil”

Xüsusi bir ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil.

Astv.news xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, mitinqlər, yazılı bəyanatlar, mətbuat və s. vasitəsilə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir.

Millət vəkili əlavə edib ki, yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayiş, onun qorunması və digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar:

“Təəssüf ki, bəzən bizdə belə məsələlərə diqqət yetirilmir, mitinqlər zamanı qanunun tələbləri və ictimai asayiş mitinq iştirakçıları tərəfindən pozulur və bu da digər vətəndaşlarımızda haqlı narazılıqlar yaradır. Görünür, Bakı Şəhər İcra Hakimiyyəti həm də bu nüansları nəzərə alaraq özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun fevralın 23-nə planlaşdırdığı mitinqin keçirilməsinə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeyi təmin etməkdir. Bundan əvvəlki mitinqlə bağlı xeyli sayda qanun pozuntusu qeydə alındı və onların araşdırılması, təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil”.

O qeyd edib ki, hazırda çoxsaylı informasiya və internet resursları, sosial şəbəkələr vasitəsilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur. Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə üsullardan istifadə etmək daha məqbul hesab edilə bilər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi - Dediyini də elədi, çempion da oldu - FOTO

C Fev 22 , 2019
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb. İdarədən Milli.Az-a verilən məlumata görə, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını […]