Milli Məclisə seçkilərdə 1047 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər qeydə alınan namizədlərin sayı açıqlanıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib:

“299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqələrini geri qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Bu şəxslərdən 480 nəfəri 28 siyasi partiyanın üzvləridir”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İspaniya Superkubokunun qalibi məlum oldu - VİDEO

Be Yan 13 , 2020
İlk dəfə yeni formatda keçirilən İspaniya Superkuboku baş tutub. Səudiyyə Ərəbistanında keçirilən turnirin finalında iki Madrid təmsilçisi qarşılaşıb. “Real” və “Atletiko” arasında keçirilən oyunda qol vurulmayıb. Əlavə vaxt da qolsuz bərabərliklə bitib. Qalibi penaltilər seriyası müəyyənləşdirib. Bu seriyadan “Real” qələbə ilə ayrılıb. Qeyd edək ki, “Real” son dəqiqələri azlıqda oynamalı olub. 115-ci dəqiqədə qırmızı kart alan […]